İstanbuldakı terror aktının əmrini ABŞ mənşəli mənbələr verib    - İDDİA 

saytların hazırlanması

Evə çatdırılma

İstanbuldakı terror aktının əmrini ABŞ mənşəli mənbələr verib  - İDDİA 

Dünya

17 Noyabr 2022 11:09 632


Türkiyənin İstanbul şəhərində törədilən terror aktı ilə bağlı yeni detallar üzə çıxıb. 

“Report”un xəbərinə görə, “Milliyət” qəzeti terror əmrini ABŞ mənşəli mənbələrin verdiyini yazıb.

Buna sübut kimi terrorçunun telefon zəngləri və mesajlaşmaları göstərilir. Toyuqlu pizza

Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Terror aktını törətməkdə şübhəli bilinən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.

Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu terror aktı ilə bağlı ABŞ-ın başsağlığını qəbul etmədiklərini açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!