Yay aylarında düzgün qidalanma bədənin su-duz balansını qorumaq, həzmi yüngülləşdirmək və enerji səviyyəsini yüksək saxlamaq baxımından mühüm əhəmiyyət daşıyır.
“Yeni Sabah” xəbər verir ki, isti havalarda yüngül qidalara üstünlük verilməsi, kifayət qədər maye qəbul edilməsi və qida təhlükəsizliyi qaydalarına riayət olunması tövsiyə edilir.
Mütəxəssislər gün ərzində kifayət qədər su içməyi, həmçinin təzə sıxılmış meyvə şirələri və ayran kimi içkilərə üstünlük verməyi məsləhət görürlər. pizza hut
Bundan əlavə, tərkibində su çox olan qarpız, yemiş, xiyar və pomidor kimi meyvə-tərəvəzlərin istehlakı həm orqanizmin sərin qalmasına, həm də vitamin ehtiyacının ödənilməsinə kömək edir
Qidalanmada qızardılmış, ağır və yağlı yeməklərdən uzaq durmaq, onların əvəzinə buxarda bişmiş və ya qril üsulu ilə hazırlanmış tərəvəzləri seçmək daha məqsədəuyğun hesab olunur.
Həzm sisteminin normal fəaliyyətini dəstəkləmək üçün gündəlik rasiona qatıq və kefir kimi probiotik məhsulların daxil edilməsi tövsiyə edilir.
Eyni zamanda, isti hava şəraitində bakteriyaların daha sürətlə çoxaldığı nəzərə alınaraq, ət, toyuq və süd məhsullarının düzgün temperaturda saxlanılması və gigiyena qaydalarına ciddi əməl olunması vacibdir.
Aytac Əliyeva
Telegram kanalımız