İtalyan məşqçi Rəhim Sadıqovu izləyəcək
15 Sen 2020 18:13
401

İtalyan məşqçi Rəhim Sadıqovu izləyəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi mütəmadi olaraq Premyer Liqa klublarının rəsmi və yoxlama oyunlarını, həmçinin məşqlərini izləyir.

AFFA-dan Yenisabah.az-a verilən məlumata görə, baş məşqçi bu gün “Sumqayıt” komandasının məşq prosesi ilə tanış olacaq.

Qeyd edək ki, “Sumqayıt”ın futbolçusu Rəhim Sadıqovun Kiprlə səfər matçında millidəki debütü çox uğurlu alınıb və futbol ictimaiyyətinin diqqətini cəlb edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər