İyulun ən güclü Android telefonları açıqlandı – Lider təəccübləndirir

saytların hazırlanması

Evə çatdırılma

İyulun ən güclü Android telefonları açıqlandı – Lider təəccübləndirir

Rəqəmsal

08 Avqust 2026 00:24 79


AnTuTu 2026-cı ilin iyul ayında ən yüksək performans göstərən Android smartfonların siyahısını açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, siyahı platformanın iyul ayı üzrə orta benchmark nəticələri əsasında hazırlanıb.

Siyahının ilk pilləsində 4 128 314 bal toplayan iQOO 15 Ultra qərarlaşıb. Dominos pizza

İkinci yeri 4 084 233 balla Red Magic 11S Pro+, üçüncü yeri isə 4 064 959 balla iQOO 15 tutub.

İlk 10-luqda həmçinin vivo X300 Ultra, realme GT8 Pro, Honor WIN, OPPO Find X9 Ultra, Honor Magic8 Pro, Honor Magic8 və OnePlus 15 modelləri yer alıb.

Beləliklə, OnePlus 15 siyahıya 10-cu pillədən daxil olub.

Qualcomm rəqiblərini geridə qoydu

İyul ayının ən güclü 10 flaqman Android smartfonunun hamısı Qualcomm-un Snapdragon 8 Elite Gen 5 prosessor platformasından istifadə edir.

Ötən ay siyahıda yer alan MediaTek Dimensity 9500 prosessorlu iQOO 15T isə iyul ayının reytinqində ilk 10-luqdan kənarda qalıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!