İzləyicilərini təhqir edən müğənni:   Birinci və sonuncu dəfə olar ki...

saytların hazırlanması

Evə çatdırılma

İzləyicilərini təhqir edən müğənni: Birinci və sonuncu dəfə olar ki...

Şou

23 Yanvar 2021 14:01 950


Əməkdar artist Könül Kərimova izləyicilərini təhqir etdiyi şərhlərdən danışıb.

Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan  "Mənim yolum" proqramında qonaq olan sənətçi qalmaqala aydınlıq gətirib.

O, yazılan tənqidlərin haqsız olduğunu bildirib: pizza mizza

"Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir "parik qoymusan". Həqiqətən öz saçımdır. Hətta bu aralar saçım azalıb. Biri yazıb "sünisən, botoks etmisən". Xanımın botoks etməsi eyib deyil. Botoks edəndə üzü qırışdıra bilmirsən. Sadəcə, mən tənbələm. Hətta makiyajımı edən dedi ki, üzünüzə botoks vurdurun. Yoruluram bu şeylərdən, özüm olmaq istəyirəm”.

Xanım sənətçi bundan sonra heç bir şərhə cavab yazmayacağını qeyd edib:

“Həmin şərhlərə cavab verdim, səhər durdum ki, hər yer məndən yazıb. Birinci və sonuncu dəfə olar ki, şərhə reaksiya verirəm". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!