Kabo Verde tarix yazdı – Uğurun sirri nədir?

saytların hazırlanması

Evə çatdırılma

Kabo Verde tarix yazdı – Uğurun sirri nədir?

İdman

27 İyun 2026 11:27 97


2026-cı il Dünya Çempionatında İspaniya, Uruqvay və Səudiyyə Ərəbistanı kimi güclü rəqiblərin yer aldığı H qrupundan məğlubiyyətsiz ayrılaraq 1/16 finala (Round of 32) adlayan Kabo Verde (Yaşıl Burun Adaları) hazırda turnirin ən böyük sensasiyası hesab olunur.

“Yeni Sabah” xəbər verir ki, Kabo Verde pley-off mərhələsinə vəsiqə qazanan Dünya Çempionatları tarixinin əhalisinə görə ən kiçik ölkəsidir. Cəmi 530 min civarında əhalisi olan bu ada dövləti, böyük hədəflərə çatmaq üçün coğrafi ölçülərin maneə olmadığını bütün dünyaya sübut etdi.

Qələbə qazanmadan növbəti mərhələdə Dominos pizza

Komanda qrup mərhələsində heç bir oyunda qələbə qazanmasa da, məğlub da olmadı. İspaniya (0:0), Uruqvay (2:2) və Səudiyyə Ərəbistanı (0:0) ilə heç-heçə edərək 3 xalla qrup ikincisi kimi pley-offa adladı. Futbol tarixində qrupdakı bütün oyunları heç-heçə bitirib mərhələ keçən nadir komandalardan biri oldular.

40 yaşlı qəhrəman: Vozinya

Komandanın uğurunda ən böyük pay sahibi 40 yaşlı qapıçı Vozinyadır. Xüsusilə İspaniya ilə oyunda etdiyi 7 möhtəşəm seyvlə turnirə damğa vuran təcrübəli qolkiper, Səudiyyə Ərəbistanı matçında da qapısını toxunulmaz saxladı. Onun bu performansı sosial mediada böyük partlayışa səbəb oldu və qapıçının “Instagram” izləyici sayı qısa müddətdə 16 milyonu keçdi.

Dünya çempionatındakı ilk qol

Kabo Verdenin Dünya Çempionatları tarihindəki ilk qolunun müəllifi Kevin Pina oldu. O, qrupun ikinci oyununda Uruqvay darvazasına yol taparaq ölkə futbol tarixinə adını qızıl hərflərlə yazdırdı. Həmin oyunda digər qolu isə Helio Varela vurdu.

Diasporun gücü və Rotterdam layihəsi

Kabo Verde Futbol Federasiyasının uzunmüddətli strateji planı bəhrəsini verdi. Dünya Çempionatına aparılan 26 futbolçudan 14-ü Kabo Verdedən kənarda doğulub. Maraqlıdır ki, bu oyunçulardan 6-sı məhz Niderlandın Rotterdam liman şəhərində böyüyən mühacir ailələrin övladlarıdır. Avropa futbol məktəbi görmüş diaspor nümayəndələri ilə yerli istedadların sintezi bu tarixi uğuru şərtləndirdi.

Növbəti rəqib: Son dünya çempionu

Qrup mərhələsində tarix yazan Kabo Verdeni 1/16 finalda olduqca çətin və bir o qədər də böyük imtahan gözləyir. İyulun 3-də Mayamidə keçiriləcək qarşılaşmada "Göy Akulalar" son dünya çempionu Argentina və Lionel Messiyə qarşı meydana çıxacaqlar. Baş məşqçi Bubistanın dediyi kimi: "Biz kiçik ölkəyik, amma böyük ürəyimiz var və mübarizə aparmağı sevirik."

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!