“Kamal Abdullanın səs yazıları var” - Müəllimədən iddia

saytların hazırlanması

Evə çatdırılma

“Kamal Abdullanın səs yazıları var” - Müəllimədən iddia

Sosial

19 Fevral 2019 21:08 1571


Azərbaycan Dillər Universitetində baş verən münaqişə ilə bağlı universitetin Filologiya və jurnalistika fakültəsinin işdən çıxarılan dekanı Vüsalə Ağabəyli “Yeni Müsavat”a geniş müsahibə verib.

“Yeni Sabah” xəbər verir ki, o müsahibəsində Pərvin Mürsəlovanın yazdıqlarına aid Kamal Abdullanın səs yazıları olduğunu vurğulayıb. 

“O xanım müəllimənin yazdıqlarını rahatlıqla araşdıra bilərsiz. Rektorun səs yazıları da var. Nəyə görə olmadığı halda kimsə durub desin ki, siz belə söz deyirsiz? Özünə güvənmədən hər hansı müəllimə necə durub deyə bilər ki, rektor filan-filan ifadələri işlədir? Mən öz şəxsiyyətimə, nüfuzuma hörmət edirəm və o ifadələri də qəbul etmirəm. Buna görə də sözümü deməliydim. Həmin müəllimə də eləcə.  pizza sifarişi

Bir müəllimə tələbələrin içində necə deyə bilər ki, “sən qürursuzsan, şəxsiyyətsizsən, atbalaxanımsan”? Əlavə ifadələr var ki, onları səsləndirməyi özümə sığışdırmıram. Bunlar bir akademikə, bir rektora yaraşan sözlər deyil. O, bizim universitetə təyin olunanda düşünürdük ki, ağsaqqal adamdır, yəqin ki, vəziyyət başqa cür olacaq, universitetdə mühit başqa cür olacaq. Nə biləydik ki, bu hala gətirib çıxaracaq? Qışqır-bağır salmaqla deyil axı. Qışqırandan sonra çox adam geri çəkilir. Mənimlə bağlı bu hadisə oldu, nəticəsini gördülər. Biri ailə başçısıdır, birinin heç bir imkanı yoxdur, o biri deyir, “qışqırsa da, təhqir etsə də, dözəcəm”. Hərə bir formada qəbul edir. Sonra deyirlər, niyə kimsə elmi şurada qalxıb söz demir. Deyənin də aqibəti bu formada olur. Necə söz desin? İmkan vermir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!