Pandemiya dövründə xeyriyyəçilik aksiyaları ilə tanınmış məhşurlar arasında ən çox diqqət mərkəzində olan idmançı, fitnes məşqçisi Kamil Zeynallı bu dəfə də ənənəsinə sadiq qalıb.
Yenisabah.az xəbər verir ki, o, bu dəfə Dərnəgüldə yerləşən, xalq dilində "qul bazarı" adlandırılan işçi bazarına gedərək fəhlələri sevindirib.
İdmançı bununla bağlı sosial şəbəkədə paylaşdığı videogörüntüdə bildirib ki, fəhlələrə kostyum paylayıb: pizza sifarişi
“Bu gün maraqlı bir yardımımız oldu, çox məzəli, deyib-gülərək keçdi. 30 ədəd təzə, etiketi üstündə olan kostyum payladıq. Dərnəgüldə körpünün altında dayanan fəhlə qardaşlarımız geyinib-kecinib getdilər”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız