Kanadada dəhşətli faciə: Ayılar ana və qızını parçaladı

saytların hazırlanması

Evə çatdırılma

Kanadada dəhşətli faciə: Ayılar ana və qızını parçaladı

Hadisə

05 Noyabr 2026 13:58 34


Kanadada ayı hücumu faciə ilə nəticələnib. Ana və 20 yaşlı qızı boz ayıların hücumu nəticəsində həyatını itirib. 

“Yeni Sabah” xəbər verir ki, hadisə ölkənin Britaniya Kolumbiyası əyalətinin Bella Kula bölgəsində baş verib.

Məlumata görə, terapevt Ceni Balcarras və onun 20 yaşlı qızı Selah Rid bazar günü itkin düşüblər. Ailə üzvlərinin müraciətindən sonra başlayan axtarışlar zamanı onların meyitləri aşkarlanıb. pizza hut

Britaniya Kolumbiyası Vəhşi Təbiəti Mühafizə Xidmətinin əməkdaşı Ceff Tayr hadisədə birdən çox boz ayının iştirak etmiş ola biləcəyini bildirib. Hazırda hücuma qarışan heyvanların müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə təxminən bir il əvvəl də ayı hücumu qeydə alınıb. Həmin vaxt bir qrup məktəbli və müəllimə hücum edən boz ayı nəticəsində bir böyük və üç uşaq ağır yaralanıb. Həmin heyvanı isə indiyədək tutmaq mümkün olmayıb.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!