“Bavariya” Harri Keynlə müqaviləsini 2029-cu ilə qədər uzadıb.
“Yeni Sabah” xəbər verir ki, cari ilin "Ballon d'Or" sahibi olan hücumçu yeni müqavilə ilə dünyanın ən çox qazanan futbolçularından birinə çevrilir.
O, illik ən azı 25 milyon avro xalis maaş alacaq. Bu, "Bavariya" tarixi və Bundesliqa üçün yeni rekord deməkdir. Marqarita pizza
İmza mərasimindən sonra Harri Keyn öz hisslərini bölüşüb:
“Bavariya” klubunda özümü evimdəki kimi hiss edirəm. Klubu, azarkeşləri və Münhen şəhərini sevirəm. Vensan Kompaninin rəhbərliyi altında möhtəşəm komandamız var. Bu klubun bir parçası olmaq mənim üçün böyük qürurdur. Bütün ailəm burada çox xoşbəxtdir. Qalmaq istəyirdim və gələcəyə böyük həvəslə baxıram. Bu möhtəşəm klubla daha çox titul qazanmaq istəyirəm”.
Nazim Hacıyev
Telegram kanalımız