Sabah bu yerlərə qar yağacaq -   Hava kəskin DƏYİŞƏCƏK!

saytların hazırlanması

Evə çatdırılma

Sabah bu yerlərə qar yağacaq - Hava kəskin DƏYİŞƏCƏK!

Sosial

05 Noyabr 2026 12:37 38


Noyabrın 6-da Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək. Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi ərazilərdə leysan xarakterli intensiv yağıntı və şimşək olacağı gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, gecə saatlarında Bakıda və Abşeron yarımadasının ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər saatlarından etibarən yağıntı tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Dördpendirli pizza

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə yağıntının qara keçəcəyi, gecə saatlarında isə bir qədər güclənəcəyi bildirilir. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Qərb küləyi arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 8-13, gündüz 14-18 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 4-8 dərəcə isti proqnozlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!