Azərbaycanlı gənc İrəvana toya getdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı gənc İrəvana toya getdi - Video

Hadisə

04 Noyabr 2026 13:16 151


Əslən azərbaycanlı olan Rusiya vətəndaşı Turab Zeynalovun Ermənistana səfəri diqqət çəkib.

“Yeni Sabah” Oxu.Az-a istinadla xəbər verir ki, o, İrəvana səfəri ilə bağlı təəssüratlarını şəxsi "YouTube" kanalında yayımladığı videoda bölüşüb.

Turab Zeynalov bildirib ki, tanışları ilə birlikdə dostlarının toyunda iştirak etmək üçün Ermənistana yollanıb. Əslən azərbaycanlı olduğuna görə ölkəyə giriş zamanı problemlə qarşılaşacağından ehtiyat etdiyini də gizlətməyib. Dördpendirli pizza

Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsində təxminən üç saat gözlədilib və ona Azərbaycana son səfəri ilə bağlı suallar verildikdən sonra ölkəyə girişinə icazə verilib.

Zeynalov İrəvanda şəhərin müxtəlif ərazilərini gəzdiyini və paytaxtın bəzi xüsusiyyətlərinə görə Bakıya bənzədiyini düşündüyünü deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!