“Kanal 13” rəhbərinin şikayətinə baxıldı

saytların hazırlanması

Evə çatdırılma

“Kanal 13” rəhbərinin şikayətinə baxıldı

Kriminal

12 May 2025 17:01 288


"Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti təmin olunmayıb.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Orucov 2 il müddətinə azdlıqdan məhrum etmə cəzasına məhkum edilib. Dominos pizza

O, 2023-cü il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Bir qədər əvvəl 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!