Keçmiş həmsədrlərin niyyəti nədir? - Zülfüqarov

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş həmsədrlərin niyyəti nədir? - Zülfüqarov

Siyasət

11 Fevral 2023 09:39 740


"Tənbəllik etməyən kim varsa, "ABŞ Dövlət Departamentinin məxfi sənədləri"ni təhlil edir..."

Yenisabah.az xəbər verir ki, bunu "Facebook" hesabında keçmiş xarici işlər naziri Tofiq zülfüqarov yazıb.

O əlavə edib: "Bununla bağlı mən, nazir müavini və Prezidentin xüsusi nümayəndəsi, sonra da nazir vəzifəsində olmuş şəxs, demək istərdim ki, Minsk qrupu həmsədrlərinin mövqelərinin birliyi ilə bağlı əsas tezis yalandır. pizza

Buna sübut R.Köçəryanın Ter-Petrosyana qarşı hərbi çevrilişini Rusiyanın dəstəyi ilə həyata keçirməsidir. Əgər belədirsə, ABŞ, Fransa və Rusiyanın mövqe birliyi haradadır?

Odur ki, “Azadlıq Radiosu"nun erməni redaksiyasının dərc etdiyi Dövlət Departamentinin sənədlərin, yumşaq desək, ciddi “düzəlişlərə” məruz qaldığı göz qabağındadır.

Beləliklə, sual yaranır: məqsəd nədir?

Düşünürəm ki, keçmiş həmsədrlər öz aralarında razılığa gələrək gələcəkdə bu sahədə əməkdaşlığın bərpasının mümkünlüyü barədə ictimaiyyət arasında fikir yaratmaq istəyirlər..."


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!