"Taliban" hərəkatı Quantanamo həbsxanasının keçmiş məhbusu Əbdülqəyyum Zakiri Əfqanıstanın müdafiə naziri təyin edib.
Yenisabah.az "Əl-Cəzirə" telekanalına istinadla xəbər verir ki, Zakir "Taliban"ın əsas səhra komandirlərindən biridir.
O, ABŞ və Qərb koalisiyasının Əfqanıstanda hərbi əməliyyatları başladıqdan sonra (2001-2014) döyüşlərdə iştirak etməyə başlayıb. Sezar pizza
Amerikalı əsgərlər Əbdülqəyyum Zakiri həbs edib Quantanamoya köçürüblər.
Sərbəst buraxıldıqdan sonra o, yenidən "Taliban"a qoşulub.
Bundan əvvəl radikal hərəkat Sədr İbrahimi daxili işlər naziri təyin edib.
Kəşfiyyat xidməti rəhbərinin vəzifələrini Nəcibullah yerinə yetirəcək.
Bundan əlavə, ümumi və ali təhsil nazirləri və ölkə paytaxtının valisi təyin olunub.
Telegram kanalımız