Son zamanlar pessimist açıqlamaları və kədərli paylaşımları ilə gündəmə gələn müğənni Sərdar Ortaç jurnalistlərə müsahibə verib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çəhrayı əlcəyi ilə diqqətləri öz üzərinə çəkən sənətçi bunun səbəbini açıqlayıb.
O, əlcəyin keçmiş həyat yoldaşından qalan yeganə əşya olduğunu bildirib: Dördpendirli pizza
"Keçmiş həyat yoldaşımdan xatirə bir təkcə bu qalıb, mən də bunları istifadə edirəm".
Keçmişi barədə danışan müğənni “keçmiş Sərdar Ortaça Allah bəlasını versin deyərdim. Keçmişdə çox pis biri idi, nə deyə bilərəm ki?" – deyə açıqlama verib.
Qeyd edək ki, Sərdar Ortaç 5 il birlikdə olduğu keçmiş həyat yoldaşı Xloe Louqhanla ötən ilin avqustunda boşanıb.
Telegram kanalımız