Kənandan Aygünə qadağa

saytların hazırlanması

Evə çatdırılma

Kənandan Aygünə qadağa

Şou

21 May 2019 12:49 946


"Kənan həmişə deyir ki, heç kimlə işin olmasın. Gücsüz, sevmədiyin müğənni ola bilər. Sənə söz atana belə cavab vermə".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri müğənni Aygün Mahmudova "Şou news"a açıqlamasında deyib. Rejissor Kənan M.M.-lə ailəli olan sənətçi ərinin ona qoyduğu qadağalardan danışıb. Aygün bildirib ki, Kənanın onu sənətdən uzaqlaşdırmasından qorxur:

"Kənanın sözünə daha çox qulaq asıram. Öz fikirlərimdən, hisslərimdən çox onu dinləyirəm. Kənan daha önəmlidir. Birdən dedi ki, oxumaq qurtardı, bitdi. Allah o günü göstərməsin. Onun düşündüyü kimi hərəkətlərimi davam etdirirəm". Toyuqlu pizza

Aygün Türkiyəyə köçmək barədə suallara isə "Köçüb getmək mümkün deyil. Uşaqlarımın təhsili var. Uşaqlarımı rusdilli məktəbə də qoymuram" cavabını verib.

Qeyd edək ki, rejissor Kənan M.M bir müddətdir aktyorluq fəaliyyəti ilə əlaqədar Türkiyədə yaşayır. O, FOX TV-də yayımlanan "Savaşçı" serialında rol alır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!