Müğənni Kərim Abbasov həmkarı Niyam Salamidən danışıb.
Yenisabah.az xəbər verir ki, o, bir vaxtlar dostu olan Niyamla küsülülüklərinin səbəbini açıqlayıb.
“ATV maqazin onlarla” proqramında qonaq olan Kərim həmkarını tənqid edib: Dördpendirli pizza
“Əzizlərimiz rəhmətə gedəndə bir-birimizlə danışmasaq da yanımızda olduq. Onun anası dünyasını dəyişəndə ilk mən getdim. Çox təkəbbürlüdür. Mənəm-mənəm deyib, dava etməyi, qışqırmağı sevir. Özünü çox özəl və pik oxuyan hesab edir. Qarşısındakı insanı “mən səndən artığam” kimi görməsi yaxşı deyil. Bu da məni incitdi, dedim bəsdir, dayan. Artıq burdan sonra istəmirəm”.
Telegram kanalımız