Bu gün Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü - Kiçik çillə başa çatır.
“Yeni Sabah” xəbər verir ki, xalq təqviminə görə, "qışın oğlan çağı” – kiçik çillə fevralın 20-də çıxıb, öz yerini "boz ay”a verir. Kiçik çillə yanvarın 31-dən fevralın 1-nə keçən gecədən başlayır.
Ümumiyyətlə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün "boz ay” adlanır. Yəni, dekabrın 21-dən yanvarın 31-dək böyük çillə, yanvarın 31-dən fevralın 20-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir. Marqarita pizza
Qeyd edək ki, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 26-na təsadüf edəcək. Martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.
Telegram kanalımız