Kim Çen In: “Vaşinqton “NATO-nun Asiya versiyasını” yaradır“

saytların hazırlanması

Evə çatdırılma

Kim Çen In: “Vaşinqton “NATO-nun Asiya versiyasını” yaradır“

Dünya

01 Yanvar 2023 12:41 703


ABŞ Yaponiya və Cənubi Koreya ilə müttəfiqlik münasibətlərini gücləndirmək bəhanəsi ilə faktiki olaraq “NATO-nun Asiya versiyasını” yaradır. 

APA xəbər verir ki, bu barədə bazar günü KCNA xəbər agentliyinin məlumat yayıb.

Məumata görə, Şimali Koreya lideri Kim Çen In bunları dekabrın 31-də Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin (WPK) VI plenumunda bildirib. Dördpendirli pizza

“Yaponiya və Cənubi Koreya ilə üçtərəfli əməkdaşlığı təşviq etməklə, “müttəfiqliyi gücləndirmək” bəhanəsi ilə ABŞ “NATO-nun Asiya versiyası” kimi yeni hərbi blokun yaradılmasını istəyir”, - hesabatda deyilir.

Bununla yanaşı, ölkə lideri qeyd edib ki, “ABŞ və düşmən qüvvələr” KXDR-in hərbi potensialının güclənməsi səbəbindən “ciddi zərbə” alıb və hazırda “qorxu və təşvişdən titrəyir”.

Bu vəziyyətdə, Kim Çen In qeyd edib ki, ölkə hərbi potensialını gücləndirmək üçün iki dəfə çox səy göstərməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!