Əməkdar artist Dilarə Əliyeva media nümayəndələri ilə görüş keçirib.
Yenisabah.az xəbər verir ki, o, “Mintonasiya” adlı "stand-up" konserti ilə bağlı jurnalistlərin suallarını cavablandırıb:
“Konsertimin ssenarisi, ideyası Fariz Əliyevə məxsusdur. “Mintonasiya” adının təklifi ondan gəldi. İllərdir bu konsertin planını qururduq, amma gerçəkləşdirə bilmirdik. Fariz də maraqlı adlar təklif etdi, ən ürəyimcə olanı bu idi. Mən söz adamıyam. "Stand-up"-ı o adam gerçəkləşdirə bilər ki, onlar Allahdan komediyaçı doğulublar. Onlar hazırcavablıq nümayiş etdirə bilir. Sözün deyilişində intonasiya çox önəmlidir. İntonasiya ilə dost da, düşmən də qazana bilərsən. Hər şey sözün deyiliş formasından yəni intonasiyadan aslıdır”. Marqarita pizza
Telegram kanalımız