Kirkorovun hərəkəti Nadiri qəzəbləndirdi:   “Gətirin, bu alçaqları mindirin başımıza”

saytların hazırlanması

Evə çatdırılma

Kirkorovun hərəkəti Nadiri qəzəbləndirdi: “Gətirin, bu alçaqları mindirin başımıza”

Şou

10 Oktyabr 2020 13:42 2920


Müğənni Nadir Qafarzadə Rusiyanın Xalq artisti Filip Kirkorova qəzəblənib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə paylaşım edən ifaçı Kirkorovun atasının Ermənistan ordusuna yardım etməsini qınayıb:

"Gətirin, bu alçaqları mindirin başımıza. Erməni əsilli Bedros Kirkorov (Filipp Kirkorovun atası-Kirkoryan) erməni ordusuna 33 min dollar yardım edib. Heç utanırsız? Azərbaycan xalqı sizə yaxşılıq edib. Siz isə "Can Azərbaycan" deyib, ermənilərə yardım edirsiz. Niyə ingilis bayrağısınız?!" pizza sifarişi

Xatırladaq ki, Rusiya estradasının kralı Filipp Kirkorovun atası bir neçə gün öncə Ermənistan ordusuna maddi yardım edib. Rusiyanın erməni xalq artisti Bedros Kirkorov (əslində Kirkoryan) Qarabağdakı erməni ordusu üçün 2 milyon 600 min rubl (33 min dollar) toplayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!