“Kişi arvadını döyməlidir, arvad da “bəh-bəh” deməlidir”   – Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Kişi arvadını döyməlidir, arvad da “bəh-bəh” deməlidir” – Əməkdar artist

Şou

25 İyun 2020 13:46 1328


"Müdrik olsaydın, ailəni yığardın bir araya. Gedib yoldaşını gizlində döyərdin, üzünü göyərdərdin, amma uşaqlarına deməzdin". 

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində qonaq olarkən deyib. Sənətçi verilişə gəlib, arvadının ona xəyanət etdiyini deyın kişiyə əsəbləşib və qadına şiddəti təbliğ edib: "Kişiyə yaraşdırmıram ki, efirdə bu cür danışır. Uşaqlarını sındırırsınız, biabır edirsiniz. Ağzına maska taxıb oturmusan, abırdan, həyadan özünü necə gizlədəcəksən. Uşaqlarının anasıdır, nə olar şantaj edəndə? Danışma, yum ağzını otur, efirə çıxma. Ondan boşanardın, uşaqlara deyərdin, ananız xəyanət etməyib". 

Studiyadakılar ona etiraz etsə də, E.Seyidcahan fikrindən dönməyib: "Qadınları sındırır, şiddətdən betərini edir. Qadın kişini sevirsə, silləsinə dözər. Deyər, bəh-bəh, ərimin silləsi dəydi mənə. Arvad kişi tərəfindən döyülər. Qoy, kişilər arvadını vursun. Niyə vurmamalıdır kişilər arvadını?"  Sezar pizza

Xatırladaq ki, bir neçə il əvvəl Elza Seyidcahan qadına şiddətlə bağlı əhəmiyyətli bir sosial çarxa çəkilmişdi. Qadınlara qarşı şiddətə etiraz edən sənətçinin efirdə bu fikirləri səsləndirməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!