Dünyada ən çox izlənilən idman növləri arasında, sözsüz ki, futbol birinci sırada gəlir. Ölkəmizdə isə futbol azarkeşləri arasında çoxluğu kişilər təşkil edir.
“Yeni Sabah” kişi müğənnilər arasında sorğu keçirərək, kimlərin futbol izləyib izləmədiyini araşdırdı.
Mübariz Tağıyev – Xalq artisti gənclik illərində “Neftçi” azarkeşi olub. Son zamanlar isə futbol izləməyə vaxt ayıra bilmir. Amma böyük maraq göstərilən oyunların əksəriyyətini izləyir. Sonuncu izlədiyi oyun isə Türkiyə millisinin Moldovanı 4-0 məğlub etdiyi oyun olub. Dördpendirli pizza
İlqar Muradov - Əməkdar artistin futbola marağı yoxdur. Demək olar ki, heç vaxt futbol izləməyib.

Niyaməddin Musayev – Tərzi və ifası ilə həmişə fərqlənən Xalq artisti yerli klublarda “Qarabağ” azarkeşidir. Dünya klublarından isə “Berselona”ya simpatiyası var. Ən sevdiyi futbolçu isə Messidir.
Yalçın Rzazadə - Qocaman sənətkarımızın Niyaməddin Musayevdən fərqli olaraq heç vaxt futbola həvəsi olmayıb.
Mənsum İbrahimov – Xalq artisti, muğam ifaçısı “Real Madrid”, PSG-nin oyunlarını izləməkdən zövq alır. Onların oyunlarına baxdığı zaman sanki, tamaşaya baxır və istirahət edir. Özü isə “Qalatasaray” və “Qarabağ” azarkeşidir.
Əcəmi Əsədulla
Telegram kanalımız