Kişilər qadınlardan 2 dəfə çox xəsarət alaraq yol qəzaları törədirlər.
Yenisabah.az "Kronen Zeitung"a istinadla xəbər verir ki, bu, Avstriya Nəqliyyat Klubunun (VCÖ) araşdırmasında əksini tapıb.
2021-ci ildə Avstriyada xəsarətli yol-nəqliyyat hadisələrinin yalnız üçdə biri qadınların təqsiri (21,4 min kişiyə qarşı 10,1 min təqsirkar qadın) üzündən baş verib. 2020-ci ildə də bu cür qəzalar 2 dəfə çox təşkil edib. pizza
Araşdırmaya görə, 2019-cu ildən 2021-ci ilə qədər 291 qadın yol qəzalarında ölüb, kişilərin sayı isə təxminən 3 dəfə çox olub (825 nəfər).
Trend 2022-ci ildə də davam edib - ilk 11 ayda 86 qadın və 253 kişi dünyasını dəyişib.
Ümumiyyətlə, Avstriyada qadınlar kişilərə nisbətən daha tez-tez piyada gedir, avtomobil idarə edir və motosikletə daha az minirlər. Bundan əlavə, 2019-cu ildən 2021-ci ilə qədər bütün sərxoş sürücülərin 86%-i kişilər olub.
Telegram kanalımız