Kişilər niyə qadınlardan tez ölürlər?

saytların hazırlanması

Evə çatdırılma

Kişilər niyə qadınlardan tez ölürlər?

Sosial

07 Sentyabr 2023 23:15 520


“Ürək-damar xəstəlikləri kişilər arasında daha çox yayılıb. Bu da kişiləri vaxtsız ölümə aparan səbəblərdən biridir”.

Bunu “Qaynarinfo”ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu qadınların kişilərdən daha çox uzunömürlü olmasının səbəblərindən danışarkən deyib. 

Onun sözlərinə görə, kişilərin dünyasını daha tez dəyişməsinin səbəblərindən biri öldürücü xəstəliklərin yayılmasıdır:  pizza hut

“Belə xəstəliklər kişilər arasında daha çox yayılır. Bundan əlavə, kişilər yol-nəqliyyat hadisələrində, dava-dalaşda, müharibədə daha çox ölürlər, orduda, həbsxanada üstünlük təşkil edirlər. Bunları bir yerə toplayanda böyük faiz edir”.

Əhməd Qəşəmoğlu bildirib ki, kişilər arasında risk qrupları daha çoxdur: 

“Kişilər arasında müxtəlif risklərdən ölənlər daha çoxdur. Digər bir vacib məqam kişilərin qadınlarla müqayisədə daha əsəbi olmalarıdır. Bu hal da onların səhhətinə ciddi təsir edən amillərdəndir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!