Model Ramina Abbasova bir neçə gün bundan öncə işlətdiyi təhqirlərə görə üzr istəməyəcəyini bildirib.
Yenisabah.az xəbər verir ki, Əməkdar artist Dilarə Əliyeva gənc modeli "Vine şou" proqramında üzr istəməyə səsləsə də, o bundan imtina edib.
Model Dilarə Əliyevanın çağırışına "Xahiş edirəm, bunu şişirtməyin. Mən fikirləşmirəm ki, üzr istəməliyəm. Mənə yaraşmayan sözləri yazıblar. Mən onu bəzi insanlara aid etmişəm" – deyə cavab verib. pizza hut
Qeyd edək ki, R.Abbasovanın “Kişi də deyilsiniz. Vallah, bu ölkədə kişi də yoxdur. Ya 40, ya da 18, hamısı eynidir!” – deyə status yazması səs-küyə səbəb olmuşdu.
Telegram kanalımız