KİV: ABŞ son 24 saatda Yaxın Şərqə 50-dən çox qırıcı göndərib

saytların hazırlanması

Evə çatdırılma

KİV: ABŞ son 24 saatda Yaxın Şərqə 50-dən çox qırıcı göndərib

Dünya

18 Fevral 2026 01:36 556


ABŞ son 24 saat ərzində Yaxın Şərqə 50-dən çox "F-35", "F-22" və "F-16" qırıcı təyyarəsi göndərib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Axios" nəşri amerikalı məmurlar arasındakı mənbəyə və açıq mənbələrdən əldə edilən məlumatlara istinadən xəbər verir.

Qeyd edilir ki, fevralın 17-də Cenevrədə ABŞ-İran danışıqlarının növbəti raundu başa çatıb. Omanın xarici işlər nazirinin sözlərinə görə, görüş ümumi məqsədlərin və müvafiq texniki məsələlərin müəyyən edilməsində əhəmiyyətli irəliləyişlə yekunlaşıb. pizza

Amerikalı məmur "Axios"a bildirib ki, tərəflər irəliləyişə nail olublar, lakin hələ müzakirə edilməli çoxlu detallar var. Nəşrin həmsöhbətinin sözlərinə görə, İran iki həftə ərzində ABŞ-yə ətraflı təkliflə çıxış edəcəyinə söz verib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!