Kiyev Krım körpüsünü partlatdığını etiraf etdi

saytların hazırlanması

Evə çatdırılma

Kiyev Krım körpüsünü partlatdığını etiraf etdi

Dünya

09 İyul 2023 11:50 1159


Kiyev 2022-ci ilin oktyabrında Krım körpüsünə zərbə endirdiyini etiraf edib. 

Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram” kanalında bildirib. 

Anna Malyar Ukrayna-Rusiya müharibəsinin 500 gününün nəticələrinə həsr olunmuş məqaləsində qeyd edib ki, Rusiyanın logistikasını pozmaq üçün Krım körpüsünə ilk zərbə endirilməsindən 273 gün keçib.  Dominos pizza

Bundan əvvəl mayın 27-də Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk dolayı olaraq Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsünün dağıdılmasında iştirakını təsdiqləmişdi./APA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!