Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib

saytların hazırlanması

Evə çatdırılma

Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib

Dünya

18 Avqust 2022 10:14 856


Ukraynanın paytaxtı Kiyev şəhərində 55 ölkənin diplomatik nümayəndəlikləri fəaliyyətini bərpa ediblər. 

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında məlumat verib.

Çərşənbə günü (17 avqust - Red) prezident Qırğızıstan, Rumıniya, Belçika və İspaniya səfirlərinin etimadnaməsini qəbul edib. Sezar pizza

Diplomatlarla görüşdə Zelenski diplomatik missiyaların tam hüquqlu işinin vacibliyini qeyd edib və xarici tərəfdaşları Ukraynaya dəvət edib. Eyni zamanda o bildirib ki, Kiyev onların təhlükəsizliyinə zəmanət verir.

May ayında Zelenski Ukraynada 37 səfirliyin fəaliyyətini bərpa etdiyini bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!