Kiyevdə Xocalıya həsr edilmiş film nümayiş olundu

saytların hazırlanması

Evə çatdırılma

Kiyevdə Xocalıya həsr edilmiş film nümayiş olundu

Şou

23 Fevral 2021 22:30 608


Bu gün Kiyev şəhər kinoteatrında Xocalı faciəsinə həsr olunmuş “Sonsuz dəhliz” filmi nümayiş etdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin məlumat verib. O bildirib ki, filmin nümayişinə litvalı kinoşünas, ekran əsərinin müəllifi, rejissor və prodüseri Aleksandras Brokas da dəvət olunub.

“Film dünyanın bir çox kinozallarında nümayiş etdirilib, xüsusi mükafata layiq görülüb. Çox təsirlidir. Filmin nümayişində yerli və xarici media nümayəndələri, Ukrayna Radasının deputatları, siyasətçilər, Azərbaycan diasporunun ziyalıları, müsəlman icmalarının şeyxləri, rəhbərləri, digər dini təşkilatların nümayəndələri iştirak ediblər”, - deyə Krapivin qeyd edib.  /Axsam.az Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!