Kolleclərə ixtisas seçiminin nəticələri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Kolleclərə ixtisas seçiminin nəticələri açıqlandı

Sosial

18 Avqust 2022 16:38 846


Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb. 

DİM-dən Yenisabah.az-a bildirilib ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri və abituriyentlərin sayı haqqında məlumatlar DİM-in saytında yerləşdirilib. pizza sifarişi

Abituriyentlər avqustun 22-si saat 12:00-dan sentyabrın 1-i saat 23:59 dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün //portal.edu.az/  platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!