“Konstitusion monarxiya olan İspaniyanın azarkeşlərini təbrik edirəm!”

saytların hazırlanması

Evə çatdırılma

“Konstitusion monarxiya olan İspaniyanın azarkeşlərini təbrik edirəm!”

İdman

20 İyul 2026 10:04 137


“Futbola baxmıram. Bu müstəvidə kimin udması mənim üçün əhəmiyyətli deyildi. Lakin ispanların qalib olması həm idman, həm də siyasi baxımdan ədalətlidir”.

“Yeni Sabah” xəbər verir ki, bunu vəkil Əkrəm Həsənov bildirib.

O qeyd edib ki, Messi kimi güclü oyunçunun şişirdilməsi ifratçılıq idi: pizza hut

“Futbol komanda oyunudur. Buna görə də hətta Messi kimi güclü oyunçunun şişirdilməsi ifratçılıq idi artıq. Məhz buna görə də Argentinanın bu yarışda inzibati dəstəyi var idi. Digər tərəfdən, İspaniya çağdaş dövrün demokratiya və ədalət simvoludur. Bu dövlətin özbaşınaçı Tramp və Netanyahuya qarşı dirəşməsi möhtəşəmdir.

Təsadüfi deyil ki, bu iki zalım da Argentinanın tərəfində idilər. Onların tayı da elə Argentinanın prezidentidir. Odur ki, yaşasın konstitusion monarxiya olan demokratiya, hüquqi dövlət və ədalət rəmzi olan İspaniyanın azarkeşlərini təbrik edirəm!”

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!