"Twitter"də 2 milyondan çox izləyicisi olan "Müctəhid" Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin şəxsi cangüdəninin öldürülməsi barədə açıqlama yayıb.
Yenisabah.az xəbər verir ki, o, kralın bir müddət şüuru və yaddaşının itdiyini qeyd edib. Salman bin Əbdüləziz özünə gəldikdə general Əbdüləziz əl-Fəğmdən nə baş verdiyini soruşub. Cangüdən ona məiyyətin həbs olunduğunu, ölkədə vəziyyətin pisləşdiyini və bunun baiskarının şahzadə Məhəmməd olduğunu deyib.
"Müctəhid"in sözlərinə görə, dinləmə cihazları ilə dolu olan saraydakı bu söhbət vəliəhdə çatdırılıb. Pusquya salınan general əl-Fəğm güllələnib, onu vəliəhdin özü qətlə yetirib. Dominos pizza
Xatırladaq ki, general Əbdüləziz Əl-Fəqmin qətlə yetirilməsi xəbəri 2019-cu ilin sentyabrında açıqlanıb.
Telegram kanalımız