“Quranda faiz və sələmçilik Allaha və rəsuluna savaş açmaqdır”.
“Yeni Sabah” xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri kredit götürməyin islamda qəbul olunub-olunmaması ilə bağlı suala cavab verərkən deyib. O, bildirib ki, bu gün Azərbaycan əhalisinin müsəlman olduğu bildirilir: “Amma təəssüflər olsun ki, bu müsəlmanların kreditlə pul götürdükləri üçün borcları yaranıb. Çalışıb bu məsələlərdən qurtarmaq lazımdır.
Faiz çox ciddi, cəmiyyətin başına açıqlan bir bəladır. Ailənin başına açıqlan bir bəladır. Həm də insanın övladları üçün qoyduğu pis bir mirasdır. Ona görə də belə şeylərə bulaşmamaq lazımdır”. pizza mizza
Telegram kanalımız