Kriminal liderə Bakıda hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Kriminal liderə Bakıda hökm oxundu

Kriminal

03 Avqust 2019 06:19 1293


Rusiya istintaq orqanlarından qaçaraq Azərbaycanda gizlənmiş Murad Məmmədov Bakıda mühakimə olunub.

RİA Novosti Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir ki, Sankt-Peterburqda mütəşəkkil cinayətkar qruplaşmanın üzvü olan Murad 13,5 il azadlıqdan məhrum edilib. 1962-ci il təvəllüdlü M.Məmmədov Sankt-Peterburqun istintaq orqanları tərəfindən ağır cinayətlər törətməkdə ittiham olunub və axtarışa verilib.

Məlumata görə, dəstə üzvü Sankt-Peterburqda əsasən Ağdam rayonundan Rusiyaya gedənlərdən ibarət qruplaşma yaradıb. Dəstə üzvləri sifarişli qətllər törədirmiş. Belə ki, 2007-ci ilin noyabrında M.Məmmədov həmyerliləri ilə birlikdə yerli müəssisələrdən birinin rəhbərindən ayda 10 min rubl xərac istəyib. 2009-cu ildən pulu verməkdən imtina edən sahibkarın əvvəlcə avtomobili yandırılıb, 2009-cu ilin aprelində isə 22 yaşlı qızı öldürülüb. Sezar pizza

Axtarışa verilən Murad Azərbaycanda gizlənib. Daha sonra onun Rusiya vətəndaşlığı ləğv edilib. Çünki bu barədə sənəd alınarkən qanun pozuntularına yol verildiyi aşkarlanıb.

M.Məmmədovun barəsində istintaq materialları Azərbaycanın hüquq-mühafizə orqanlarına təqdim edilib. Həmin materiallar əsasında Murad Məmmədov 13,5 il azadlıqdan məhrum edilib.

Dəstənin digər üzvlərinə gəlincə, onların barəsində Rusiya Federasiyasının məhkəmələri tərəfindən daha əvvəl hökm çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!