“Kurtlar vadisi Xaos” bu kanalda yayımlanacaq

“Kurtlar vadisi Xaos” bu kanalda yayımlanacaq

Mədəniyyət

25 Yanvar 2023 08:53 903


Kurtlar vadisi Xaos ekranlara gəlir. Demokrat.az Türkiyə mediasına istinadla bildirir ki, əsas qəhrəman Necatı Şaşmaz müsahibəsində filmin yanvarda  izləyicilərin ixtiyarına veriləcəyini açıqlamışdı.

Aktyor heyətinin kimlər olacağı maraq doğuran film haqda yeni bir iddia ortaya atılıb.

"Yeni Akif"in xəbərinə gorə iyunda yayımı planlaşdırılan məşhur filmin yeni seriyaları "Disney Plus"da izləyicilərə təqdim olunacaq.

Xəbərdə həmçinin yayıma 12 gün qalmış serialdan görüntülər  təqdim ediləcəyi deyilir .

Jurnalist Birsen Altıntaş isə öz köşəsində  bu iddianın doğru olmadığını  açıqladı. Kurtlar Vadisinin hansı kanalda yayımlanacağı hələ də sual olaraq qalır .

Qeyd edək ki, Kurtlar vadisində Polat Alemdar obrazına həyat verən aktyor Necati Şasmaz "TRT Müzik"də canlı yayımda filmin çoxsaylı istəklərə görə yenidən lentə alındığını bildirmişdi.

Hətta filmə çəkiləcək aktyorlar içərisində  Kenan İmirzalıoğlunun da olacağı iddia edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!