16 Avqust - 11:43
Laçında həlak olan şəhidlər sabah dəfn olunacaq

Laçında həlak olan şəhidlər sabah dəfn olunacaq

Digər

05 Avqust 2022 16:53 930


Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan hərbi qulluqçusu Tahir Əliyev Ağstafa rayonunda dəfn olunacaq.

Yenisabah.az xəbər verir ki, 2002-ci il təvəllüdlü şəhid Ağstafa rayonunun Xətai kənd sakinidir. Onun nəşi sabah Ağstafa rayonunun Yenigün kənd qəbiristanlığında torpağa tapşırılacaq.

2003-cü il təvəllüdlü şəhid Xudiyev Samir Səməd oğlu isə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!