Azərbaycanın komandası qarüstü polo üzrə Dünya kuboku yarışlarında yarımfinala vəsiqə qazanıb.
Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, İsveçrədə keçirilən ilk tur sona çatıb. 6 komanda arasında keçirilmiş ümumilikdə 3 oyunun nəticəsinə əsasən, yarımfinala 4 komanda vəsiqə qazanıb.
“Land of Fire-Azerbaijan” adı daşıyan Azərbaycan təmsilçiləri yarımfinala ilk vəsiqə qazanan komanda olub. Dominos pizza
Yanvarın 29-da keçiriləcək yarımfinal mərhələsində “Clinique La Prairie” “Casablanca” komandasına, “Land of Fire-Azerbaijan” isə “Badrutt’s Palace” komandasına qarşı oynayacaq.
Mehri QURBAN
Telegram kanalımız