Lap Əli Kərimlinin telefonu yoxdursa... - Siyavuş Novruzov

saytların hazırlanması

Evə çatdırılma

Lap Əli Kərimlinin telefonu yoxdursa... - Siyavuş Novruzov

Siyasət

04 İyul 2023 15:41 1137


“Ümumiyyətlə, AXCP fəaliyyətə başlayan dövrlərdən indiyə qədər belə təxribatlarla məşğul olur. Yalandan deyirdilər ki, guya kimisə mitinqdə vurdular, Əli Kərimlinin internetini kəsidilər. Sonra dedilər ki, Əli Kərimlinin evində yeməyi yoxdur, acından ölür, bağlayıblar, guya evindən çıxa bilmir. Bütün bunlar hamısı təxribatdır".

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu deputat Siyavuş Novruzov deyib.

O, zəlzələ zamanı AXCP sədri Əli Kərimli ilə telefon əlaqəsinin qəsdən kəsilməsi iddialarına münasibət bildirib: 

"Lap Əli Kərimlinin telefonu yoxdursa, 3 cəbhəçi gedib onun evinə baxa bilmirdi ki, vəziyyəti necədir? Elementar bir sual ortaya qoyulur ki, deməli, bu adamı bütünlüklə mühasirəyə alıblar? O kimdir? Nə ictimai-siyasi çəkisi var? Sadəcə, bir dərnəyin sədridir, vəssalam. Əli Kərimli heç öz partiyasına da sədrlik edə bilmir. Gedib özünü anti-milli şuraya qoşub, orada beş-altı nəfər var, onlarla ünsiyyət qurur. Qalan halda bu adamın nə partiyasında, nə də elə o anti-milli şurada heç bir sosial bazası, elektoratı yoxdur. Onun dedikləri də hamısı cəfəngiyyatdır”. 

S. Novruzov əlavə edib: “Azərbaycan Ermənistan üzərində qələbə çaldıqdan, torpaqlarımız işğaldan azad olunandan sonra bu adam özünü tamam itirib. Çıxışlarının da hamısı erməni mənbələrindəndir, dedikləri ermənilərin dilidir. Ermənilərin fikirlərini, onların öyrətdiklərini Azərbaycan ictimaiyyətinə sırımaq istəyir. Azərbaycan cəmiyyəti savadlı cəmiyyətdir. Hamı gözəl başa düşür ki, indiki zamanda kiminsə telefon xəttini kəsmək, nömrə dəyişmək... Təkcə ev telefonu deyil ki. İnternet, kompüter, iPad, mobil telefon deyilən vasitələr var. Sadə məsələdir. Belə şey iqtidarın nəyinə lazımdır ki, heç bir əhəmiyyət kəsb etməyən bir adamın telefonlarını kəssin? Lazım da deyil. Belə şey o vaxt olur ki, hansısa terrorçu, binanı zəbt edən varsa, ora zəng getməsin deyə lokasiya yaranır. Əli Kərimlinin yaşadığı binada 50 adam yaşayır, hamısının da telefonu işləyir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!