Leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Sosial

07 Sentyabr 2023 12:14 372


Sentyabrın 6-sı axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti  məlumat yayıb.

Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Bakıda və Abşeron yarımadasında isə səhər saatlarında şimşək çaxıb, arabir yağış yağıb. Dominos pizza

Düşən yağıntının miqdarı Qəbələdə 62 (aylıq normanın 79%-i), Qaxda 33 (aylıq normanın 28%-i), Zaqatalada 25 (aylıq normanın 30%-i), Oğuzda 18 (aylıq normanın 24%-i), İsmayıllıda 15, Şamaxı, Xaltan, Şahdağ, Şəki, Balakən, Quba, Xaçmaz, Xınalıq, Altıağacda 6, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Şimal-qərb küləyi əsib, arabir Zaqatala, Balakəndə 20, Altıağacda 17, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Sentyabrın 7-də Qəbələ rayonuna diametri 17, Qax rayonuna 11, Zaqatala rayonuna 25 mm olan dolu düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!