Livanın Xarici İşlər Nazirliyi BMT-nin ölkədəki müvəqqəti qüvvələri ilə əməkdaşlığa və regionda vəziyyətin sabitləşməsi üçün müvafiq tədbirlər görməyə hazır olduğunu bəyan edib.
Yenisabah.az xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilib:
“Livan ölkənin cənubundakı sülhməramlı qüvvələrlə əməkdaşlığa hazır olduğunu bildirir”. Dördpendirli pizza
Bundan əlavə, rəsmi Beyrut dünya ictimaiyyətini İsrailə təzyiq göstərməyə çağırıb, eləcə də İsrailin vəziyyəti gərginləşdirmək niyyətlərinin beynəlxalq səviyyədə təhlükə yaratdığını qeyd edib.
Xatırladaq ki, aprelin 6-da Livan ərazisindən yəhudi dövlətinin sərhəd yaşayış məntəqələri istiqamətində 100 raket atılıb, nəticədə bir neçə nəfər yaralanıb.
Eyni zamanda, İsrail ordusu Livana və Qəzza zolağına raket zərbələri endirib.
Telegram kanalımız