Lvovun mərkəzində terror, ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Lvovun mərkəzində terror, ölən və yaralananlar var

Dünya

22 Fevral 2026 08:52 267


Fevralın 22-sinə keçən gecə Ukraynanın Lvov şəhərində partlayış baş verib. Hadisə nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları yaralanıb, bir polis həlak olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Lvov meri Andrey Sadovin “Telegram” hesabında məlumat yayıb. Lvov şəhərinin mərkəzində ən azı iki partlayış baş verib. Şəhər Şurasının üzvü İqor Zinkeviçin sözlərinə görə, hadisə Hospitalna küçəsindəki "Maqnus" Ticarət Mərkəzinin yaxınlığında baş verib. Lakin partlayışlar zamanı bölgəyə heç bir həyəcan siqnalı verilməyib.

Mer Sadovinin sözlərinə görə, Lvovda baş verənlər terror aktı olub. Hadisə nəticəsində 15 nəfər yaralanıb. pizza mizza

Lvov Vilayət Prokurorluğu partlayışları terror aktı kimi araşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!