llyas Tapdıqın baxımsız məzarı - Keçmiş deputat şairin məşhur qızını QINADI 

saytların hazırlanması

Evə çatdırılma

llyas Tapdıqın baxımsız məzarı - Keçmiş deputat şairin məşhur qızını QINADI 

Yazar

14 İyun 2024 13:46 18251


Mərhum şair İlyas Tapdıq və həyat yoldaşının Badamdar qəbiristanlığındakı məzarının şəkilləri yayılıb. 

Modern.az xəbər verir ki, görüntülərdən şairin və həyat yoldaşının məzarının baxımsız vəziyyətdə olduğu diqqət çəkir.

Qeyd edək ki, fotoşəkilləri keçmiş deputat Etibar Hüseynov ictimailəşdirib. O, İlyas Tapdıqın qızı, Əməkdar artist, tanınmış müğənni Şəbnəm Tapdığı buna görə qınayıb. pizza sifarişi

“Şair İlyas Tapdıq və həyat yoldaşının baxımsız məzarı. Şairin adı ilə adam olub ortaya çıxan qızı da bütün günü efirlərdə kəkələyə-kəkələyə əxlaqdan-tərbiyədən danışır”, - deyə E.Hüseynov bildirib.

Xatırladaq ki, İlyas Tapdıq 25 dekabr 2016-cı ildə Bakıdakı evində vəfat etmişdi. OnuBadamdar qəbirstanlığında, həyat yoldaşının yanında torpağa tapşırıblar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!