Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Sosial Veb saytların hazırlanması

12 Fevral 2019 02:27 588


2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu günün sonunadək davam edəcək.

“Yeni Sabah” xəbər verir ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. Qeyd edək ki, 11 fevral saat 17:55-ə olan məlumata əsasən, 12551 bakalavr ərizə doldurub və onlardan 12079 nəfəri öz ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş, eləcə də digər bakalavrlar saat 23:59-dək elektron ərizələrini təsdiq edə bilərlər. İmtahanda yalnız elektron ərizəsini təsdiq edən bakalavrlar iştirak edirlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!