Mahir oynadı, “Dinamo” parlaq qələbə qazandı

Mahir oynadı, “Dinamo” parlaq qələbə qazandı

İdman Veb saytların hazırlanması

17 Sentyabr 2023 09:26 439


Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında növbəti oyununa çıxıb. 

Yenisabah.az xəbər verir ki, komanda 6-cı turda "Slaven"lə qarşılaşıb. Matç "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Mahir də bu oyunda iştirak edib. Hücumçu 46-cı dəqiqədə Dario Şkipiçin əvəzinə meydana çıxıb. 

Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 13 xalla 2-ci, "Slaven" isə 6 xalla 9-cudur. 

"Dinamo" (Zaqreb) - "Slaven" - 3:0 

Qollar: Vidoviç 25, Petkoviç 50, Stefulj, 66-avtoqol 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!