“Mahnım oğurlanıb“ - Beyonseyə qarşı ittiham

saytların hazırlanması

Evə çatdırılma

“Mahnım oğurlanıb“ - Beyonseyə qarşı ittiham

Şou

30 İyul 2022 18:22 1141


Kelis təxəllüsü ilə tanınan amerikalı müğənni Kelis Rocers müğənni Beyonseni plagiatda ittiham edib.

Yenisabah.az “Independent”ə istinadla xəbər verir ki, müğənni Beyonsenin "hörmətsizlik göstərdiyini" və onun "Get Along With You" (2000) mahnısını "oğurladığını" iddia edib.

Kelisin dediyinə görə, pop ulduz yeni "Renessans" albomundan olan "Energy" adlı trekində onun razılığı olmadan bəstəsinin nümunəsindən istifadə edib. Beyonsenin mahnısı Rocersin də bir vaxtlar işlədiyi reper Farrell Uilyamsla əməkdaşlıqda lentə alınıb. pizza hut

Kelis onu da yazıb ki, şou-biznesdəki bəzi adamların “ruhu, vicdanı yoxdur”.

"Get Along With You" mahnısının müəllifi reper F. Uilyams və bəstəkar Çad Hüqodur. Onlar rəsmən kompozisiyanın müəllifləridir. Kelisin buna heç bir hüququ yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!