Emmanuel Makron qazaxıstanlı vəzifədaşı Kasım-Jomart Tokayevin orta Transxəzər dəhlizinin təşviqi ilə bağlı təşəbbüsünü dəstəkləyib.
Yenisabah.az Tengrinews.kz-yə istinadla xəbər verir ki, Fransa prezidenti bildirib:
“Logistika dəhlizinin inkişafına sadiqliyinizi görürük; Ukraynada baş verən genişmiqyaslı müharibə logistik təchizat zəncirləri üçün böyük problem yaradıb. Bu baxımdan, qətiyyətinizi, Orta Transxəzər dəhlizini inkişaf etdirmək və təşviq etmək istəyinizi alqışlayıram. Bu da niyyətlərimizə uyğundur və ümid edirik ki, bu, regionda dəstək tapacaq”. pizza
Fransa prezidenti əlavə edib ki, Qazaxıstan logistika məsələlərində çox mühüm strateji rola malikdir.
Telegram kanalımız