Manaf Ağayev bahalı avtomobillərindən danışdı
06 İyn 2020 11:12
977

Manaf Ağayev bahalı avtomobillərindən danışdı

Son günlər sosial şəbəkədə paylaşdığı bahalı avtomobilləri ilə müzakirələrə səbəb olan müğənni Manaf Ağayev məsələyə aydınlıq gətirib. 

Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “7 Canlı” verilişinin qonağı olan ifaçı maşının əslində ucuz olduğunu açıqlayıb: “Avtomobili kiçik oğlum Müşfiq üçün almışam. İnsanlar elə düşünürlər ki, bu avtomobil çox bahalıdır, belə deyil. Qiymətini açıqlamaq istəmirəm. Bircə onu deyə bilərəm ki, idman avtomobilinin ili köhnədir. Çox ucuz maşındır”. 

Qeyd edək ki, şou-biznesin ən zəngin müğənniləri sırasında adı çəkilən M.Ağayev tez-tez villaları və lüks avtomobilləri ilə gündəmə gəlir.

Manaf Ağayev bahalı avtomobillərindən danışdı

Oxşar xəbərlər