Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Dünya

20 Avqust 2026 20:46 47


Gürcüstanda Bolnisi Rayon Məhkəməsi Marneuli bələdiyyəsində baş vermiş qrup halında zorakılıq faktı ilə bağlı Marneulinin azərbaycanlı meri Daur İsmayılovun qardaşı Kənan İsmayılov barəsində hökm çıxarıb.

"Yeni Sabah" xəbər verir ki, məhkəmə Kənan İsmayılovu yeddi ay müddətinə azadlıqdan məhrum edib.

Bolnisi Rayon Məhkəməsindən bildirilib ki, hakim Qiorqi Qratiaşvilinin sədrliyi ilə keçirilən məhkəmə prosesi hökmün elan olunması ilə yekunlaşıb. pizza hut

Məhkəmənin qərarına əsasən, Kənan İsmayılovun həbs müddəti aprelin 6-da saxlanıldığı tarixdən hesablanacaq.

İş üzrə daha üç nəfər barəsində isə iki il müddətinə şərti cəza təyin edilib.

Prokurorluğun məlumatına görə, hadisə aprelin 6-da Marneuli bələdiyyəsində biznes fəaliyyəti ilə bağlı yaranan mübahisə zamanı baş verib.

İstintaq müəyyən edib ki, Kənan İsmayılov və onu müşayiət edən şəxslər zərərçəkmiş şəxsə xəsarətlər yetiriblər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!